Misir Ərəb Respublikasının Bakıdakı Səfirliyi martın 18-dən etibarən Azərbaycanın "Paşa Turizm" Şirkəti və Misirin "Air Cairo" Hava Yolları vasitəsilə Bakı ilə Şarm əl-Şeyx arasında həftədə bir dəfə, hər həftənin cümə günü olmaqla birbaşa uçuşların bərpasına qərar verildiyini bildirir.
Hafta.az-ın yazdığına görə, Şarm əl-Şeyx təkcə Misirin deyil, həm də dünyanın ən məşhur turizm şəhərlərindən biridir. Çünki dünyanın dörd ən yaxşı və ən gözəl şəhərlərindən biri kimi təsnif edilib. Həmçinin Şarm əl-Şeyx dünyanın 400 şəhəri arasında namizədliyi UNESCO Mükafatını qazanmaq üçün irəli sürülən beş ən yaxşı şəhərin siyahısına daxildir.

Şarm əl-Şeyx Misir turizminin ən məşhur və ən gözəl kurortlarından biri hesab olunur və il boyu möhtəşəm iqlimi, mənzərəli təbiəti ilə seçilir. Şəhərdə, ziyarətçilərin tətil və istirahətlərini keçirməsi üçün lazım olan bütün imkanlar mövcuddur. Bundan başqa, dənizdə üzmək, dalğıc və müxtəlif su idman növləri üçün dünyanın ən yaxşı yerlərindən biridir.
Bakı ilə Şarm əl-Şeyx arasında birbaşa aviareysin bərpası Azərbaycandan Misirin turizm şəhərlərinə turist axınının artırılması üçün mühüm addımdır. Bundan başqa, son bir neçə ay ərzində iki ölkənin rəsmiləri arasında silsilə görüşlər və qarşılıqlı səfərlər nəticəsində Misir - Azərbaycan əlaqələrinin inkişafı əsl yüksəlişin şahidi olub. Bu səfərlərdən sonuncusu Misir - Azərbaycan Hökumətlərarası İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasında və iclas çərçivəsində keçirilən Misir – Azərbaycan Biznes Forumunda iştirak edən Misir nümayəndə heyətinin rəhbəri, Misirin Beynəlxalq Əməkdaşlıq naziri, doktor Rania əl-Maşatin Bakıya səfəri olub.