Bakı metropoliteni 4 vaqonu utilizasiya edib

12:10 24.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı metropoliteni istismar müddətini başa vurmuş köhnə qatarların utilizasiyasını davam etdirir.

Bu barədə hafta.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Depolalrla iş departamentinin rəisi Faiq Əhmədov deyib.

O bildirib ki, Bakı metropoliteni bu prosesi qrafik üzrə həyata keçirir.

"Ötən il istismar müddəti başa çatmış 10 vaqon xətdən çıxarılıb. Həmin vaqonların sənədləşmə işlri həyata keçirilib. Artıq bu il həmin vaqionlardan 4-ü sökülərək utilizasiya olunub. Yaxın vaxtlarda daha 6 vaqon utilizasiya ediləcək. Həmin 6 vaqonun sökülməsi üçün sənədləri təqdim etmişik. Sənədlər təstiq olunandan sonra utilizasiya ediləcək",-F. Əhmədov deyib.

Departament rəisi bildirib ki, bu il Bakı metropoliteni daha 20 yeni vaqonu alaraq Bakıya gətirəcək: "Yeni vaqonlar xəttə buraxılarkən istismar müddətini başa vurmuş digər 20 vaqon xətdən çıxarılaraq utilizasiya üçün hazırlanacaq".