Bakı-Qazax yolunda ağır qəza: 2 ölü, 1 yaralı

12:00 04.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonunun Şıxlar kəndindən keçən 57-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, yolun kənarında dayanmış, içərisi sərnişinlə dolu olan “Azsamand” markalı minik maşınını arxadan “KamAZ” vurub.

Hadisə nəticəsində minik maşınında olan 2 nəfər- 1 kişi və 1 qadın hadisə yerində dünyasını dəyişib. Ağır xəsarətlər alan daha bir qadın sərnişin isə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.