Bakı-Quba yolunda dəhşətli qəza - 6 nəfər ölüb

10:35 15.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Quba yolunun 98-ci km-də (Sizyəzən rayonu ərazisindən keçən hissəsində) ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

"Mersedes Vita" markalı avtomobillə TIR toqquşub. İlkin məlumata görə, "Mersedes Vita"da olan sürücü daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü xəsarət alıb.

 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

 

Əlavə məlumat veriləcək