Bakı-Sumqayıt yolundakı zəncirvari qəzada xəsarət alan var

12:35 03.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 2-də saat 16:00-da Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Abşeron rayonundan keçən 14-cü kilometrliyində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən avtoqəza nəticəsində xəsarət alanların olduğu bildirilib:

"1995-ci il təvəllüdlü Ceyhun Zahir oğlu Möhürovun idarə etdiyi "Scania" markalı 77-JN-865 dövlət qeydiyyat nişanlı avtomobil 1986-cı il təvəllüdlü Elvin Akif oğlu Üzeyirovun idarə etdiyi "Isuzu" markalı 99-JP-768 dövlət qeydiyyat nişanlı avtomobil və 1971-ci il təvəllüdlü Xanoğlan Nuru oğlu Nurməmmədovun idarə etdiyi "Mercedes-Benz Axor" markalı 77-KO-938 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə "Isuzu" markalı yük avtomobilin sürücüsü Elvin Akif oğlu Üzeyirov xəsarət alıb".