Bakıda 10 yeni metro stansiyası tikilə bilər

18:14 29.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı metrosunun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurası tərəfindən təsdiq edilib.

Bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov "Bakı Metropoliteni” QSC-nin yaranmasının 10 ilinə həsr olunmuş “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” adlanan konfransda bildirib.

O bildirib ki, tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib.

"2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb", - deyə Ruslan Əlixanov bildirib