Bakıda 16 yeni svetofor quraşdırılıb

16:27 14.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində hərəkətin təşkili ilə bağlı dəyişiklik edilib.

Hafta.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Bildirilib ki, sürücü və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə kəsişmədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən LED işıqlandırma ilə təchiz olunan yeni svetoforlar quraşdırılıb.

Sürücülərin daha aydın görmələri üçün “L” və “A” tipli olmaqla piyada bölməli ümumilikdə 16 svetofor hərəkət iştirakçılarının istifadəsinə verilib.

Qeyd edək ki, işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi əsasında həyata keçirilib.