Bakıda 2 otaqlı ev yandı

11:23 29.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yanğın hadisəsi baş verib.

FHN-dən hafta.az-a verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.