Yazını böyüt
Yazını kiçilt
Bakıda evlərdən külli miqdarda oğurluq olub.
Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Binə və Buzovna qəsəbələri ərazisində 7 evdən ümumilikdə 1600 manata yaxın pul, 3 ədəd mobil telefon, 2000 manat dəyərində avtomobil ehtiyat hissəsi, 3 ədəd velosiped, dəyəri 700 manatdan çox olan elektrik naqili, həmçinin, digər məişət əşyaları, inşaat materialları və təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.