Bakıda bərbər bərbəri öldürdü

14:12 16.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 13 radələrində Nəsimi rayonunda bıçaqlanma hadisəsi ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xdimətindən hafta.az-a bildirilib ki, rayonun Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanaların birində bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində 1994-cü il təvəllüdlü Ilkin Qurbanlıya müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirməklə onu qətlə yetirib.

 

Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Qədirov saxlanılaraq istintaqa təhvil verilib.