Bakıda binada yanğın olub, 1 nəfər xilas edilib

10:36 08.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin mətbəxində paltaryuyan maşın, qaz sobası və mebel 1 p.m yanıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə qarsalanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfər halsız vəziyyətdə yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.