Bakıda çoxmərtəbəli binada daha bir YANĞIN

17:03 24.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın baş verib.

Hafta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.