Bakıda daha bir məktəb bağlandı

13:43 22.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtdakı 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən hafta.az-a verilən məlumata görə, 124 nömrəli tam orta məktəbin 4 şagirdi və 9 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.