Bakıda dələduzluq edən şəxs saxlanılıb

14:38 22.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəsimi rayonu ərazisində iki nəfərin 2882 manatının dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən X.Əhmədova və Ş.Xəlilov müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.