Bakıda ər arvadının BAŞINI KƏSDİ

10:10 30.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ər arvadının başını kəsib intihar edib.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Qəsəbə ərazisində kirayədə yaşayan 1970-ci il təvəllüdlü Ələsgərov Elxan Qəzənfər oğlu yaşadığı evdə həyat yoldaşı Əsədova Mahirə Mirzə qızının boğazını kəsərək qətlə yetirib. Daha sonra o özünün bilək nayihəsini doğrayaraq intihar edib.

Hər iki şəxsin meyiti evdən aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma maddələri ilə cinayət işi başlanıb.