Bakıda ev yanıb

20:18 03.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Suraxanı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 60 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.