Bakıda evdə yanğın

10:43 30.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd yumşaq mebel dəsti yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner və 1 ədəd televizor qarsalanıb.

 

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.