Yazını böyüt
Yazını kiçilt
Bakıda gözəllik salonunda oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə aprelin 12-də M.Seyidov küçəsində yerləşən gözəllik salonlarının birində paytaxt sakini olan qadının içərisində 1000 manatı və 200 ABŞ dolları olan pulqabısının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Bədəlov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.