Bakıda gözəllik salonundan oğurluq edən şəxs saxlanıldı

13:02 24.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda gözəllik salonundan oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakıxanov qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 3000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ruslan Bekineyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.