Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

13:39 28.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Hafta.az-ın paytaxtın kommunal strukturlarından əldə etdiyin məlumata görə sabah, avqust ayının 29-u səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

 

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.