Bakıda güclü külək nəticəsində 7 nəfər xəsarət alıb

21:00 10.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxt Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 7 nəfər (3 kişi, 4 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından hafta.az-a verilən məlumata görə, xəsarət alanlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.