Bakıda iki avtomobil toqquşub

09:32 07.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nizami rayonunda “Chevrolet” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, nəticədə “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.