Bakıda isti hava avqustun 23-dək davam edəcək

17:32 19.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosu Bakıda və Abşeronda gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

Bürodan hafta.az-a verilən xəbərə görə, avqustun 23-ü axşamadək Bakıda və Abşeron yarımadasında bürkülü-isti hava şəraitinin davam edəcəyi, zəif cənub-şərq küləklərinin üstünlük təşkil edəcəyi, havanın maksimal temperaturunun 35-38°, bəzi yerlərdə 40°-yə yaxın olacağı gözlənilir.