Bakıda küləyin sürəti 30 m/s-dək artıb - FAKTİKİ HAVA

09:21 04.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Küləkli hava şəraiti ilə bağlı Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd olunub ki, hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.