Bakıda kürəkən qayınatasını öldürüb qaçdı

10:39 18.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qayınata kürəkəni tərəfindən qətlə yetirilib.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Ramana qəsəbəsindəki Şuşa şəhərciyində qeydə alınıb.

Həmin şəhərcikdə yaşayan, 1978-ci il təvəllüdlü Qabil Qəmbərov çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Məlumata görə, Q.Qəmbərov qızının əri, 1987-ci il təvəllüdlü Taleh Heydərov tərəfindən öldürülüb.

Hadisəni törədən şəxs dərhal ərazidən qaçıb.

Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Oxunma sayı 38