Bakıda məktəbli bıçaqlanıb

16:31 17.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 11-ci sinif şagirdi bıçaqlanıb.

Hafta.az-ın xəbərinə görə, bıçaqlanan məktəbli Nizami rayonu 214 nömrəli məktəbin 11-ci sinif şagirdidir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev apa-ya faktı təsdiqləyib.
E. Hacıyev bildirib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı müvafiq polis bölməsində araşdırma aparılır.

Oxunma sayı 59