Bakıda mənzildən 62 min dollar oğurlanıb

13:47 23.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildən 62 min dollar oğurlanıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Ramis Əhmədov və Bakı şəhər sakini Camal Sultan müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Oxunma sayı 60