Bakıda mənzildən bir ailənin 4 ÜZVÜNÜN MEYİTİ TAPILIB

12:28 05.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti aşkarlanıb.

Hadisə bu gün paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən mənzillərdən birində bir ailənin 4 üzvünün meyiti tapılıb.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.trend