Bakıda müştəri çay evində qarət edildi

11:40 17.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda müştəri çay evində qarət edilib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini A.Məmmədovun 420 manat pulunun quldurluq yolu ilə talanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Hüseyn Teymurov müəyyən edilərək saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

 
Oxunma sayı 33