Bakıda nasaz avtomobil sıxlığa səbəb olub

09:38 22.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda nasaz avtomobil sıxlığa səbəb olub.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən hafta.az-a verilən xəbərə görə, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Xutor" tunelində texniki nasaz avtomobilin yolda qalması səbəbindən Yasamal rayonu, Qələbə dairəsindən başlayaraq metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisi əməkdaşlarına məlumat verilib. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.