Bakıda sərnişin avtobuslarında cibgirlik - VİDEO

13:48 24.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində cibgirlik cinayətləri edən əvvəllər məhkum olunmuş Qurban Mehtiyev tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, araşdırma zamanı onun müxtəlif avtobuslarda 4 nəfərin pul kisəsini, mobil telefonlarını və digər qiymətli əşyalarını oğurladığı məlum olub.

Qurban Mehtiyev ifadəsində etdiyi cinayətləri etiraf edib. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Qurban Mehtiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

 

Oxunma sayı 165