Yazını böyüt
Yazını kiçilt
Martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Agentliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Novruz Bayramına həsr edilən və 30 həvəskar velosipedçinin iştirakı ilə veloyürüş keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, əsas məqsədi insanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, vətəndaşların idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsi olan bu veloyürüşün qalibləri 4 nominasiya üzrə qiymətli hədiyyələr, bütün iştirakçılar isə sertifikatlarla mükafatlandırılıblar.