Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir

09:53 17.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Hafta.az-a verilən məlumata görə, mayın 17-si saat 09:30-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır.

Düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb ki, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.