Bakıda yanacaqdaşıyan avtomobil yanıb, 1 nəfər ölüb.
Baş DYP İdarəsindən hafta.az-a verilən məlumata görə bugun saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb. İlkin məlumata görə hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaq daşıyan avtomobildir. Hadisə nəticəsində 1 nəfər yanaraq ölüb. Ölən şəxs TIR sürücüsüdür.
Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib. DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər. Hadisə barədə ətraflı məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən çərşənbə axşamı hafta.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.