Bakıda yataqxana binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

22:13 24.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə hafta.az FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Baş vermiş yanğın zamanı sakinlər təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan yoxdur. Yanğın binanın 4 və 5-ci mərtəbələrində qeydə alınıb.

*** 21:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən hafta.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə və digər xilasetmə işləri həyata keçirilir.