Yazını böyüt
Yazını kiçilt
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Hafta.az-ın xəbərinə görə, bu barədə mərkəzin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov məlumat verib.
Onun sözlərinə görə, səhər saatlarından başlayaraq şəhər ərazisində təhsil ocaqlarının yerləşdiyi ərazilərdə həm NİİM-in müşahidə kamerları vasitəsilə, həm yol polisi əməkdaşları tərəfindən nəzarət tədbirləri gücləndirilib.