Bakının bu ərazisində su olmayacaq

10:52 18.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri Səbail rayonu Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 18 dekabr 2019-cu il tarixində gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Hafta.az xəbər verir ki, bu barədə  "Azərsu" məlumat yayıb.