Bakının bu prospektində təmir işləri yekunlaşıb

13:52 25.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinədək) aparılan təmir işləri artıq yekunlaşıb.

Bu barədə hafta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Təmir işləri çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.