Bakıya qar yağacaq

15:05 21.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 23-24-də Abşeronda sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Hafta.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, sabit qar örtüyünün əmələ gəlməsi gözlənilmir, çünki temperatur rejiminin 8-10 dərəcə aşağı düşməsinə baxmayaraq, paytaxtda havanın temperaturu 3 dərəcə selsiyə yaxın olacaq:

“Dağlıq və dağətəyi rayonların sakinləri isə intensiv, bəzi yerlərdə qar örtüyünün əmələ gəlməsi ilə güclü qar yağacaq".