“BakuBus”un sürücüsü saxlanıldı

12:10 11.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub və nəticədə piyada hadisə yerində ölüb. 

     

Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumata görə, hadisəsinin “BakuBus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub.

 

Həmin avtobusun sürücüsü, Bakı şəhər sakini Valeh Məmişov saxlanılıb. Araşdırma aparılır.