Balakəndə birmərtəbəli ev yanıb

10:38 14.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakən rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Katex kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.