Balakəndə ev yanıb

22:10 12.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakən rayonunun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 210 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 168 m² sahədə yanıb.

Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir.

Məlumata görə, evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.