Balakəndə iki maşın toqquşub - Ölən var

19:11 15.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 17 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub.

Hafta.az-ın məlumatına görə, hadisə nəticəsində “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.