Balina uddu, sağ qaldı

22:06 12.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerikanın Massaçusets ştatında akvalantist böyük bir balina tərəfindən udulsa da sağ qalıb.

Hafta.az xəbər verir ki, 56 yaşlı Maykl Pakard xərçəng ovlayan zaman Atlantik okeanında qəfildən ətrafının qaranlıqlaşdığı görüb.

"Qəfildən təkan hiss etdim. Sonra ətrafım qaranlıqlaşdı. Hərəkət etdiyimi hiss etdim. Balina məni udmağa çalışırdı. Öncə elə bildim ki, məni udan akuladır. Lakin ətrafd dişlər hiss etmədim. Hərəkət etməyə başladım. Balina məni çölə tulladı. Dostum Maykl məni qayığa mindirdi. Həkimlər elə bir ciddi zədə almadığımı deyiblər".

 

Oxunma sayı 3218