“Barselona”nın “Kamp Nou”ya qayıdışı möhtəşəm oldu

21:37 22.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Barselona” İspaniya La Liqasının 13-cü turunda “Atletik Bilbao” ilə görüşüb.

Hafta.az bildirir ki, meydan sahibləri 909 gündən sonra rəqibini yenilənmiş “Kamp Nou”da qəbul edib.

Oyun “Barselona”nın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Kataloniyalılardan qolları Ferran Torres (45+3, 90+1), Robert Levandovski (4) və Fermin Lopes (48) vurub.