Yazını böyüt
Yazını kiçilt
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
Hafta.az xəbər verir ki, yığmamız Ukrayna ilə qarşılaşıb.
Görüş Latviyanın paytaxtı Riqada keçirilib. Qarşılaşma Ukraynanın qələbəsi ilə yekunlaşıb - 98:34.
Xatırladaq ki, millimiz bundan əvvəlki görüşlərdə Bolqarıstana 48:141, Monteneqroya isə 62:104 hesabı ilə məğlub olub.