Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi

23:00 02.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəcevirdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir sularda xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.