Gürcüstanın Batumi limanında “Astoria Grande” kruiz gəmisindən bəzi rus turistlərin düşərək minməyə cəsarət etdiyi avtobusa bir qrup sakin tərəfindən şüşə butulkalar və yumurta atılıb.
Hafta.az xəbər verir ki, “Ukrainskaya pravda”nın yaydığı məlumata görə, bu barədə Gürcüstanın “Lelo” müxalifət partiyasının liderlərindən biri İrakli Kupradze “Facebook”-da yazıb.
O, qeyd edib ki, Rusiyadan gələn və aralarında RF prezidenti V.Putinin dəstəkçiləri olan rusiyalılara qarşı etiraz aksiyası keçirilib. Etirazçılar arasında ukraynalı bir qadın da polis tərəfindən saxlanılıb. Onun telefonu götürülüb və zəng etmək icazəsi yoxdur.
“Exo Kavkaza”-nın məlumatına görə, Hhdisə yerindən olan jurnalistlər bildirirlər ki, rusiyalı sərnişinlərin əksəriyyəti hələ də gəmidədir.
Bundan əvvəl Gürcüstanın Daxili İşlər Nazirliyi 9 etirazçının saxlandığını təsdiqləyib.