“Bayden əvvəllər Ukraynanın döyüşəcəyinə əmin olmayıb” - Yuri Romanenko

13:05 13.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə belə bir məlumat yayıldı ki, vaxtilə ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenskiyə məsləhətlər verib, onu güc göstərmək kimi bəzi addımlardan qaçınmağa çağırıb və sair, amma Zelenski ona qulaq asmayıb. Bu da sonu. Amma buna rəğmən ABŞ rəhbəri ondan inciməyib, əksinə, günahını bağışlayaraq dəstək verməyə başlayıb.

Ukraynalı politoloq Yuri Romanenko hesab edir ki, Baydenin ukraynalı həmkarını töhmətləməyə haqqı var. Çünki Baydenin sözlərinə görə, uzun müddətdir Vladimir Zelenskini xəbərdar edirmiş ki, Rusiya Ukrayna torpaqlarını işğal eləmək üçün hücuma keçməyə hazırlaşır. Amma təəssüf ki, Ukraynanın işğal olma təhlükəsinə məhəl qoymayan inadkar Zelenski və komandası hazırkı reallıqlara görə məsuliyyət daşıyırlar. Çox güman ki, bu müstəvidə Ukraynadakı müharibədən sonra geniş təhlil aparılacaq.

“Söhbət Baydenin Zelenskiyə xəbərdarlıq edərkən konkret nə dediyindən gedir. Yəni bilir ki, Ukrayna işğal təhlükəsi altındadır və bəlkə onlar Ukraynanı mütəmadi silahlandırmaqla Rusiyaya xəbərdarlıq etmək istəyirdilər ki, işğal cəzasız qalmayacaq? Bu nə vaxt olub, bəlkə 2021-ci ilin yazında Rusiya ordusunun Ukrayna sərhədlərindəki hərbi təlimlərindən sonra? Yox, axı həmin təlimlərdən sonra Bayden Cenevrədə Putinlə görüşüb… Bizə o da bəllidir ki, artıq 2021-ci ilin payızında, Ukrayna Vaşinqtondan ağır silah sistemləri istəmişdi və elə o vaxtlar da Rusiyanın işğala başlayacağına dair məlumatlar yayılırdı. Qəribədir, dörd ay idi ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayacağına dair xəbərlər yayıldığı halda, ABŞ Kiyevə ancaq yeni ildə yüngül silahlar verməyə başlamışdı. Üstəlik, müharibə başlayar-başlamaz səfirlik Kiyevdən çıxarılıb, Zelenskiyə isə təxliyə təklif olunub. Yəni, Bayden Ukraynanın döyüşəcəyinə, Zelenskinin vəziyyəti nəzarətdə saxlayacağına əmin olmayıb və Əfqanıstandan çəkildiyi kimi, Ukraynadan da uzaqlaşmaq istəyib. Özü də, tək Bayden deyil, komandasının əsas simalarından olan Börns və Sullivan da Ukraynanın “Minsk razılaşmalarına” sadiq qalmasının vacib olduğunu bildiriblər” deyən politoloqa görə, çox güman ki, Vaşinqton bu davranışı ilə Tayvan məsələsində Rusiya ilə bazarlıq etməyə çalışıb. Amma əlbəttə ki, nəticə etibarilə ABŞ kəşfiyyatı öz prezidentlərini yanıldıb. Yəni Ukraynanın müqavimət səviyyəsi, Zelenskinin davranışı yaxşı analiz olunmayıb. Halbuki Zelenski qaçsaydı və Ukrayna təslim olsaydı, Putinin işğal siyasəti Avropa və dünya təhlükəsizlik arxitekturası üçün fəlakətli nəticələrə səbəb olardı.

“Baydenlə Putin razılığa gəlsəydi, şübhəsiz ki, Almaniya, Rusiya və Çinin əməkdaşlığı dərinləşdirmək və təsir sahələrini bölmək üçün çoxlu əsasları olacaqdı. “Bir kəmər, bir yol” layihəsi böyük bir sıçrayışla genişlənəcək, amerikalıların isə Avropada və dünyada mövqeləri zəifləyəcəkdi. Əlbəttə, yəqin ki, Çin də gələcəkdə Tayvana hərbi müdaxilə edəcək. Başqa bir məsələ də var: əgər Baydenlə Putin razılaşsaydı, ABŞ Rusiyanın Ukraynanı işğal etməsinə göz yumardı. Necə ki, 1939-cu ildə Britaniya, Fransa və ABŞ SSRİ-nin Polşanı bölünməsinə göz yummuşdu. Belə olan halda Rusiya ABŞ düşərgəsində Çinə qarşı oynayacaq. Yeri gəlmişkən, Putin devriləndən və ya öləndən sonra bu çox real görünür. Amerikalılar üçün ən vacib olan budur ki, Rusiya Çinin tərəfində deyil”, - deyir Y.Romanenko.

Politoloq deyir ki, nəhayət, ABŞ-ın əvvəldən Ukraynadan Rusiya üçün yem kimi istifadə etdiyi istisna deyil. Çin - Rusiya cütlüyündən daha zəif olanı çökdürmək üçün Ukraynada gedən müharibənin uzanması çox məqbul görünür. Həm də, Rusiyanın Ukrayna torpaqlarını işğal etməsi imkan verir ki, Avropa qorxusundan ABŞ-ın qucağına atılsın. Necə ki, bu işğal sayəsində Amerika Avropaya enerji ixracını kəskin artırdı və Avropa ölkələrinə ən bahalı silahlarını satmağa başladı.

“Bu düşünülmüş strategiyadır, amma razılaşaq ki, bu üsullar öz tarixlərində böyük güclər tərəfindən dəfələrlə istifadə olunub. Məsələn, ABŞ Əfqanıstandan süquta uğramaqda olan SSRİ üçün bataqlıq kimi istifadə etdi. Eləcə də SSRİ 60-70-ci illərdə ABŞ-ı zəiflətmək üçün Vyetnamdan yararlandı. Bu klassik fəaliyyət strategiyasıdır. Hər halda, ABŞ və şəxsən Baydenin Ukrayna ilə bağlı mövqeyi ya məsuliyyətsiz, ya da sistemsiz olub. Bayden bu gün deyəndə ki, Ukraynanın Rusiya ilə zəruri hesab etdiyi hər hansı müqaviləyə girməsinə qarşı deyil, sual yaranır ki, razılaşma hansı halda olacaq: ruslar əraziləri tutmaq istəyir axı. Yeri gəlmişkən, Makronun və Şoltsun da Rusiyaya qarşı mövqeyi hər kəsə bəllidir. Buna görə də, Baydenin Zelenskiyə xəbərdarlıq etdiyi mesajları pis oyunda “yaxşı minanı” saxlamaq üçün cəhd saymaq olar. Amma Zelenski öz inadkarlığı ilə onların planlarını puç etdi” deyən Romanenko bildirir ki, hər halda Ukraynanın da səhvləri var. “Çünki görünən budur: biz heç kimə lazım deyilik, Aqressiv piranalar və köpəkbalıqları ilə dolu dünyada zəif və lal olmaq lazımdır…