Fələstində atəşkəs tələbi ilə keçirilən etirazlar zamanı saxlanılan yəhudi fəal Harrist Konqresin yerləşdiyi Capitol Hill binasındakı müstəqil Vermont senatoru Bernay Sandersin ofisində jurnalistlərə açıqlama verib.
Hafta.az-ın İndependent-ə istinadən yazdığına görə, Harris deyib ki, Ağ Evin bu vəhşiliyin və soyqırımın davam etməsinə, bu dəhşətli qırğına, etnik təmizləməyə və Fələstin xalqının yox edilməsinə yol verməsi, üstəlik bütün bunları etməsi üçün İsrailə daha çox yardım göstərilməsi haqqında danışmasını izləmək dözülməzdir.
Bayden administrasiyasının bu məsələyə münasibətini "dəhşətli" olaraq xarakterizə edən Harris, bir çox fəalın "çox qəzəbli, kədərli və motivasiyalı" olduğunu bildirib.
Senator Sandersin "münaqişədə humanitar fasiləni dəstəklədiyi, amma atəşkəs çağırışlarına qarşı durduğu" üçün məyus olduğunu bildirən Harris, "Bir fasilə qətiliklə kifayət deyil. Soyqırım mütləq dayandırılmalıdır” deyib.
Harris, Demokratlar Partiyasının Qəzzadakı vəziyyətlə əlaqədar Respublikaçılardan "çox da fərqli olmayan" bir rəftar sərgilədiyini qeyd edərək, "Bayden 2024-cü ildə seçilməsini qətiliklə təhlükə altına qoyur" bildirib.
Harris, Baydenin İsrailə dəstəyinin və "bu soyqırımı dayandırmaq üçün heç bir şey etməməsinin" vicdanla qəbul olunmasında çətinliklərə səbəb olacağını vurğulayıb.